SON XƏBƏRLƏR

Təbriz şəhəri stadiumunda qadın azarkeşlərin iştirakına icazə verildi

2024.03.29, 12:27
Təbriz şəhəri stadiumunda qadın azarkeşlərin iştirakına icazə verildi

Traktorçu qadınlar yarışlarda tamaşaçı kimi öz komandaları Traktora azarkeşlik edə biləcək.

Gunaz.tv

Azərbaycan Əyaləti Futbol Heyəti bu barədə açıqlama verib. 

Belə ki, Şərqi Azərbaycan valisi Təbriz şəhəri “Yadigar İmam” Stadiumuna baxış keçirərək Stadiumun infrastrukrurları təmirinin tamamlanmasına gösətriş verib. 

Bununla da Traktor Futbol Komandasının qadın azarkeşləri aprelin 12-si keçiriləcək Traktor-Zobahən qarşılaşmasında tamaşaçı kimi iştirak edə biləcəklər. 

Əyalətin Futbol Heyətinin katibi Əli Xakzad əlavə olaraq deyib: “artıq qadın azarkeşlər premier liqanın 23-cü həftəsində Təbrizin Traktor və İsfahanın Zobahən komandalarının qarşılaşmasında iştirak edə biləcəklər.

Qadınlara biletin satışı da internet səhifəsi vasitəsi ilə həyata keçiriləcək”.    

Qeyd edək ki, Traktorçu qadın azarkeşlərin yarışlarda tamaşaçı qismində iştiraklarının təmin edilməsi tələbi ilə bir müddə əvvəl Traktor azarkeşləri tərəfindən “stadiumda bir oturacaq mənim haqqımdır” kompaniyasına start verilmişdi.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar