SON XƏBƏRLƏR

"Düzəliş edilmiş dərsliklər sentyabr ayından tədris olunacaq"- təhsil naziri

2024.04.01, 13:17
"Düzəliş edilmiş dərsliklər sentyabr ayından tədris olunacaq"- təhsil naziri

İranın təhsil naziri Rzamurad Səhrayi həmçinin cari ildə 72 müəllimin tədris üçün qəbul olunacağını bildirməklə ibtidai məktəblərdə 1-ci sinif pilləsi üzrə yeni dərsliklərlə tədris keçiriləcəyini deyib.

Gunaz.tv

“Dərsliklərsə məzmunun dəyişdirilməsi 2025-ci ildə öz effektini göstərəcək” -deyə nazir bildirib.

Məlumata əsasən dəsliklərdə məzmunca dəyişikliyin edilməsi İranın rəhbəri Əli Xaməneyinin xeyli müddət əvvəl bu barədə fikir bildirməsi ilə həyata keçirilir. 

Təhsil üzrə Tədqiqat və Planlaşdırma Təşkilatının sədri Əli Lətifi ötən il bu istiqamətdə  dərsliklərin məzmununda dəyişikliklərin yekunlaşdığını demişdir.  

O, dəyişikliklərdən məqsədin “şagirdləri həyata hazırlamaq” olduğunu deyib.

Həmçinin İranın Təhsil Nazirliyinin Qazilər və Candan Keçənlərin İşləri üzrə İdarənin baş direktoru Zəhra Panahi bu barədə deyib:

“şəhid olmaq mədəniyyətinin məktəblərdə təbliği başlanıb və dərsliklərin də məzmunu bu yanaşma ilə vaxt ötdükcə dəyişdiriləcək”.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar