SON XƏBƏRLƏR

“İran həbsxanaları kütləvi öldürmə məkanıdır”- beynəlxalq qurum

2024.04.04, 11:39
“İran həbsxanaları kütləvi öldürmə məkanıdır”- beynəlxalq qurum

Beynəlxalq Əfv Təşkilatı 2023-cü il üzrə İranda 853 nəfərin edam olunduğunu bildirməklə bunun ötən 8 ildə misli görünməyən rekord rəqəm olduğunu deyib.

Gunaz.tv

Təşkilatın bəyanatında hakimiyyət tərəfindən edam cəzasından siyasi repressiya kimi istifadə edildiyi qeyd olunaraq narkotik maddələr üzrə edamların da artdığını qınayıb.

Beynəlxalq qurum “qoymayın məni öldürsünlər” başlığı ilə aprelin 4-ü nəşr olunmuş yeni tədqiqat hesabatında deyir: “ kütləvi öldürmə məkanına çevirilmiş İran həbsxanalarında edam sayının dəhşətli artımının qarşısını almaq üçün yubatmadan beynəlxalq tədbirlər görülməlidir”.

Hesabatda 2022-ci il “qadın, yaşam, azadlıq” hərəkatında amansız edamların olunduğu vurğulanıb. 

Beynəlxalq Əfv Təşkilatında Orta Şərq və Afrikanın Şimalı Bürosunun müavini Dayana Əl-Tahavi edam barədə fikir bildirib.

“Edam cəzası hər hansın şəraitdə yol verilməz bir hərəkətdir. Lakin onun İranın İnqilab Məhkəmələrində əsla ədalətli olmayan mühakimələrdən sonra kütləvi tətbiq olunması gücdən əks məqsədə istifadə etməkdir”

Təşkilatın bəyanatında həmçinin yektinlik yaşına çatmayan vaxt cinayət törədənlərin edam olunmaları qınanılıb. 

Qeyd edək ki, İranda yektinlik yaşına çatmayan vaxt cinayət törədənlər saxlanılaraq yektin yaşa çatandan sonra edam olunur.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar