SON XƏBƏRLƏR

İranda insan haqları üzrə BMT-nin xüsusi məruzəçi və Faktaraşdırıcı Komitənin mandatı uzadıldı

2024.04.04, 14:45
İranda insan haqları üzrə BMT-nin xüsusi məruzəçi və Faktaraşdırıcı Komitənin mandatı uzadıldı

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasına üzvü olan ölkələr aprelin 6-da qətnamə qəbul edərək, bu təşkilatın İranda insan haqları üzrə xüsusi məruzəçisi və Birləşmiş Millətlər Təşkilatının Faktaraşdırıcı Komitəsinin missiyasınının daha 1 il il uzadılmasına qərar veriblər.

Gunaz.tv

İnsan Haqları Şurası Cenevrədə keçirilən 55-ci iclasında İranda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə layihəsinə səs verib və qətnamə sonda 24 müsbət, 8 mənfi səs və 15 bitərəf olmaqla təsdiqlənib.

Bu qətnamə İran hökumətini xüsusi məruzəçi və Faktaraşdırıcı Komitə ilə tam əməkdaşlıq etməyə və onlara öz vəzifələrini yerinə yetirmək üçün lazım olan məlumatlara maneəsiz çıxış imkanı verməyə dəvət edib.

Qətnamədə həmçinin müstəqil beynəlxalq Faktaraşdırıcı Komitənin 2022-ci ilin etirazları ilə bağlı insan hüquqlarının pozulması hallarını, xüsusən də qadınlar və uşaqlarla bağlı araşdırmaların aparılması missiyasının vacibliyi vurğulanıb.

Bu qətnamə xüsusi məruzəçi Cavid Rəhmandan Baş Assambleyaya və İnsan Hüquqları Şurasına iki hesabat təqdim etməklə yanaşı Faktaraşdırıcı Komitədən də gələn ilin martında İnsan Hüquqları Şurasının iclasında hesabat təqdim etməyi tələb edir.

Qətnamədə həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Katibindən xüsusi məruzəçiyə və Faktaraşdırıcı Komitəyə lazımi resursların təmin edilməsi istənilib.

Qeyd edək ki Cavid Rəhman 2018-ci ilin iyulunda BMT-nin İnsan Haqları Şurasının səsverməsi ilə İranda BMT-nin İnsan Haqları üzrə Xüsusi Məruzəçisi kimi təqdim edilib.

Onun mandatının iki dəfə uzadılıb və son qətnamə ilə o dördüncü dəfədir ki, bu missiyanı yerinə yetirmək üçün təyin edilir.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar