SON XƏBƏRLƏR

İranda Ramazan ayına görə onlarla iş yeri bağlandı

2024.04.05, 12:19
İranda Ramazan ayına görə onlarla  iş yeri bağlandı

Etnik bəlucların kompakt yaşadığı Hormozqan əyalətində ramazan ayında fəaliyyət göstərdiyinə görə 107 iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Məlumatda iş yerlərinin "ramazan ayına hörmətsizlik etdikləri"nə görə bağlandıqları və 13 iş yeri sahibi barədə cinayət işinin açıldığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl İran daxili işlər naziri Əhməd Vəhidi orucluq ayı qaydaları ilə bağlı iş yerləri və vətəndaşlara xəbərdarlıq etmişdi.

Nazirin çıxışından sonra İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə, ramazan ayı qaydalarını pzoduqlarına görə minlərlə iş yerinin fəaliyyətinə qadağa qoyulub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar