SON XƏBƏRLƏR

İranda İsrailə qarşı aksiyalar keçirilir- Azyaşlılar mitinqlərə cəlb edilib

2024.04.05, 13:43
İranda İsrailə qarşı aksiyalar keçirilir- Azyaşlılar mitinqlərə cəlb edilib

Aprelin 5-i səhər saatlarından başlayaraq Tehran başda olmaqla İran şəhərlərində hökumətin "Qüds günü" adı altında təşkil etdiyi İsrailə qarşı aksiyalar keçirilir.

Gunaz.tv

Paytaxtda keçirilən aksiyada İsrailin Dəməşqə aviazərbəsi nəticəsində həlak olan SEPAH komandirlərinin meyitləri olan tabutlar gəzdirilir.

Komandirlərin meyitləri aksiyalar başa çatdıqdan sonra dəfn olunmaq üçün şəhərlərinə göndəriləcək.

İranın rəsmi dövlət mediası aksiyaların 2 min şəhər və yaşayış məntəqəsinjdə keçirildiyini iddia edib.

Sosial media fəalları və müstəqil jurnalistlər, aksiyaya azyaşlı uşaqların, məktəblilərin cəlb edildiyini bildiriblər.

Bununla yanaşı bildirilib ki, əhalinin mitinqlərə qatılmadığı üçün hökumət dövlət idarələrində işləyənləri, öyrənciləri və bu ölkədə dini təhsil alan xarici vətəndaşları məcburi olaraq aksiyalara cəlb edir. 

Sosial şəbəkələrdə yayılan video və fotolardan hökumətin bütün cəhdlərinə baxmayaraq bu gün səhər saatlarından başlayan mitinqlərdə iştirakçıların az olduğu və aksiyaların sönük keçdiyi görünür.

Qeyd edək ki, ilk dəfə 1982-ci ildə Ruhullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək və İsrailin məhv edilməsi tələbi ilə İsrailə qarşı mitinq keçirilib.

O vaxtdan İranda, Livanda və bir neçə başqa ölkədə İranın maliyyələşdirdiyi və ələ aldığı qruplar hər il Ramazan ayının sonuncu cümə günü bu cür aksiyalar keçirir, İranın siyasi-ideoloji müharibəsinə dəstək verirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar