SON XƏBƏRLƏR

Fars istifadəçilərin şikayətinə görə "Traxtur" komandasının videosu sosial şəbəkədən silindi

2024.04.06, 14:33
Fars istifadəçilərin şikayətinə görə "Traxtur" komandasının videosu sosial şəbəkədən silindi

Təbrizin "Traxtur" və İsfahanın "Sepahan" komandalarının qarşılaşmasına aid vido "433" səhifəsindən silinib.

Gunaz.tv

Bu barədə yerli sosial media fəalları və idman jurnalistləri məlumat yayıblar.

Onların dediyinə görə, videoda azərbaycanlı tərəfdarların "Traxtur" komandasını dayanmadan alqışlamaları fars dilli istifadəçilərin narazılığına səbəb olub.

Bununla yanaşı azərbaycanlı "Traxtur"çuların qarşılaşma zamanı Azərbaycan dilində şüarlar səsləndiriıməsi də fars istifadəçilərin qəzəbi ilə qarşılaşıb.

Onlar videonun silinməsi üçün kampaniya başladıb və Azərbayca komandasına rəğbəti ifadə edən videonun dünyada 70 milyon izləyicisi olan "433" səhifəsindən ləğv edilməsinə nail olublar.

Qeyd edək ki, aprelin 3-də Təbrizin Səhənd stadionunda baş tutan qarşılaşmanı izləmək üçün Güney Azərbaycanın müxtəlif şəhərlərindən on minlərlə tərəfdar stadiona toplaşıb.

Stadion ətrafında və stadionda toplaşan azarkeşlət Azərbaycan dilində şarlar səsləndirib, plakatlar qaldırıblar.

"Hamı Traxturçudu, Təbriz haman Urmudu", bu torpaqdan pay olmaz", "Urmu Azərbaycanın ürəyidir" və başqa bu kimi şüarlar səsləndiriblər.

Stadionda Azərbaycan və Türkiyə bayraqlarının qaldırılması azarkeşlərin alqışları ilə müşayiət olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar