SON XƏBƏRLƏR

Ziyad Nüxalə: İstifadə etdiyimiz silahlar İrana məxsusdur

2024.04.08, 08:28
Ziyad Nüxalə: İstifadə etdiyimiz silahlar İrana məxsusdur

Fələstin İslami Cihadının hərəkatının baş katibi Ziyad Nüxalə İran hökumətinin İsrailə qarşı döyüşən silahlı qruplaşmaları silahla təmin etdiyini təsdiq edib.

Gunaz.tv

O, bu barədə mediaya verdiyi müsahibədə deyib.

"Bu gün Fələstin döyüşçülərinin istifadə etdiyi silahlar uzun illər ərzində İran İslam Respublikasının bizə bağışladığı silahlardır və İran heç vaxt döyüşlərdə bizi tək qoymayıb",- Nüxalə qeyd edib.

Fələstin İslami Cihadının hərəkatının baş katibi buna görə İran halimiyyətinə və Əli Xaməneiyə təşəkkürünü bildirib.

Qeyd edək ki, bundan əvvəl İran rəsmiləri İsrailə qarşı döyüşən silahlı təşkilatlara yalnız siyasi və mənəvi dəstək verdiyini iddia edirdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar