SON XƏBƏRLƏR

Güneyli ekofəal həbs və şallaq cəzası barədə qərar təsdiq edildi

2024.04.08, 10:00
Güneyli ekofəal həbs və şallaq cəzası barədə qərar təsdiq edildi

Şərqi Azərbaycan əyalətinin Apelliyasiya Məhkəməsinin 32-ci bölməsi, ibtidayi məhkəmənin vərziğanlı ekofəal və işçi hərəkatı fəalı İsmayıl Əhmədi barədə çıxardığı 9 ay həbs və 70 şallaq cəzasını qüvvədə saxlayıb.

Gunaz.tv

İsmayıl Əhmədi 21 avqust 2023-cü ildə ətraf mühitin mədən istismarçıları tərəfindən məhv edilməsinə və işçilərin işdən qovulmalarına etiraz etdiyi üçün həbs edilərək təcridxanaya köçürülüb və orada dindirildikdən sonra 24 avqustda 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Fəala qarşı "müqəddəsləri təhqir etmək", "vətəndaşları ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı cinayət törətməyə təhrik etmək", "müxalif qruplarla əlaqə", "yalan məlumatlar yaymaq" və "İslam Respublikasına qarşı təbliğat"  ittihamları irəli sürülüb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar