SON XƏBƏRLƏR

Milli fəalın girov qarşılığında zaminə buraxılmasına icazə verilmədi

2024.04.08, 11:44
Milli fəalın girov qarşılığında zaminə buraxılmasına icazə verilmədi

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Əli Rəzizadə Nadarlıənin girov qarşılığında sərbəst buraxılmasına icazə verilməyib.

Gunaz.tv

Bu barədə Ərdəbildən olan milli fəalın yaxınları məlumat verib.

Məlumatda məhbusun qanunla nəzərdə tutulmuş hüququndan istifadə etməsinə təhlükəsizlik qurumları əngəl törədib.

Əli Rəzizadə 29 oktyabr 2023-cü ildə həbs cəzasını çəkmək üçün Evbin həbsxanasına salınıb.

O, "pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək"də ittiham edilib.

Əli Rəzizadə Nadarlıya qarşı irəli sürülən ittihamnamədə bildirilib ki, fəal instaqramda etnik və pantürkist düşüncələri təbliğ edib və videolar yayaraq qanunsuz GAMAC təşkilatını, separatçı düşüncələri, Abbas Lisani, Lətif Həsəni, İbrahim Nuri və başqalarını dəstəkləyib.

Bu ittihamlara görə, Tehranın Apellyasiya Məhkəməsinin 36-cı bölməsi milli fəalın barəsində çıxarılan 3 illik həbs cəzasını təsdiq edib, cəzanın 1 ilinin çəkilməsinə, 2 ilinin isə 5 il müddətinə təxirə salınmasına qərar verilib.

Bununla yanaşı,  həbsdən buraxıldıqdan sonra daha iki il müddətinə siyasi, ictimai qurumlarda üzvlüyünə, sosial mediada fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyulub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar