SON XƏBƏRLƏR

Bahalıq və aclığa görə oğurluq artıb

2024.04.08, 11:49
Bahalıq və aclığa görə oğurluq artıb

Tehranda nəşr olunan qəzetin süper market sahiblərinin sözlərinə istinadən İran mağazalarında qida madədlərinin oğurluğunun artdığını yazıb.

Gunaz.tv

Mağaza sahiblərinin fikrincə oğurluğun əsas səbəbi bahalıq və aclığın artmasıdır. 

Tehran şəhəri Firdovs Bulvarında yerləşən süpermarketin sahibi Həmidrza adlı şəxs bu barədə “Həmmihən” qəzetinə bildirməklə ötən 3-4 il ərzində mağazalarda oğurluğun artdığını deyib. 

“Bəziləri bahalıq və yoxsulluğa görə oğurluq edir. Misal üçün, ötən ay oğurluq etmək istəyən bir qoca kişini tutdum. Onunla söhbət edərkən başa düşdüm ki, həqiqətəndə acdır”- deyə mağaza sahibi bildirib.

O, sözlərinin davamında digər bir misalı vurğulayıb: “bir dəfə də yumurta oğurlamış qadını tutduq. Sonar başa düşdük ki, 3 uşaq böyüdür və yoldaşı dünyasını dəyişib”.

Digər bir supermarket sahibi mağazasında yeyinti maddələri oğurluğunun artdığı barədə deyib: “yoxsulluq artdıqca və xalqın cibi boşladıqca oğurluq da artır. Yaşlılar ehtiyacları olan məhsulları oğurlayırlar”

Qəzet  qida maddələrinin oğurlanamsı barədə digər faktları da vurğulayıb.

Xatırladaq ki, ekspertlərin fikrincə iqtisadiyyatın çökməsi və oğurluq birbaşa əlaqədədir. Ölkənin iqtisadiyyatının idarə olunmasında hakimiyyətin yarıtmaz siyasətləri nəticəsində İranda əsas malların bahlaşması və yoxsulluq kəskin artıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar