SON XƏBƏRLƏR

Ana dili hərəkatı fəalı Əlirza Fərşi məhkəməyə çağırılıb

2024.04.08, 13:36
Ana dili hərəkatı fəalı Əlirza Fərşi məhkəməyə çağırılıb

Ana dili hərəkatı fəalı və keçmiş siyasi məhbus Əlirza Fərşi prokurorluğa çağırılıb.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

Bildirilib ki, prokurorluğun elektron sistemi vasitəsilə göndərilən çağırışda Fərşidən barəsində irəli sürülən ittihamlara cavab vermək üçün 5 gün ərzində Mərənd şəhərinin prokurorluğuna getməsi istənilib.

Qeyd edək ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. 

8 fevral 2023-cü ildə həbsxanadan buraxılan fəal 2 il müddətinə Xuzistan əyalətinin İzə şəhərinə sürgün cəzasına məhkum edilib.

Fərşi sürgün yerinə göndərildikdən sonra bunu qanunsuz adlandırıb və geri qayıdıb.

Günaz TV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar