SON XƏBƏRLƏR

Marağada kaneks məktəbin uçması nəticəsində şagirdlər yaralandı

2024.04.08, 15:21
Marağada kaneks məktəbin uçması nəticəsində şagirdlər yaralandı

Aprelin 7-də Marağa mahalının Saracuy bölgəsində konteyner məktəbin aşması nəticəsində 5 şagird yaralanıb.

Gunaz.tv

Bildirilib ki, konteyner (kaneks) məktəb güclü külək nəticəsində aşıb.

Qeyd edək ki, hazırda Şərqi Azərbaycan əyalətində təxminən 400 konteyner məktəb mövcuddur.

İllərdir kaneks məktəblərin yığışdırılması ilə bağlı millət vəkilləri və əyalət rəsmilərinin çoxsaylı vədlərinə baxmayaraq məsələ həll olunmamış qalıb.

Təhsil Nazirliyinin yerli bölmələri dövlətin yeni məktəblərin tikintisi və köhnə məktəblərin təmiri ilə bağlı vəsait ayırmadığını deyirlər.

Bu səbəbdən Azərbaycan əyalətlərində məktəb binalarının çatışmazlığı problemi yerli xeyriyyəçilərin vəsaiti hesabına həll olunur. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar