SON XƏBƏRLƏR

Abbas Lisani: Təbrizin milli əzəmətini geri qaytarmağa çalışmalıyıq

2024.04.09, 09:00
Abbas Lisani: Təbrizin milli əzəmətini geri qaytarmağa çalışmalıyıq

Azərbaycanda hər bir şəhərin, bölgənin öz yeri var, ancaq hamımız çalışmalıyıq ki, Təbrizin gözəlliyi, əzəmətinə xələl gəlməsin və həmişə olduğu kimi, Azərbaycan millətinin bu alınmaz qalası yenidən özünün tarixi güc və əzəmətini geri qazansın.

Gunaz.tv

Bu sözləri Abbas Ləsəni milli hərəkat fəalları ilə görüşündə Azərbaycan milli hərəkatında şəhrçilik (yerliçilik-red) məsələsi ilə bağlı çıxışında deyib.

O, milli fəalların və keçmiş siyasi fəalların iştirakı ilə keçirilən görüşdə fars şovinizminin Azərbaycanın müxtəlif şəhərləri və bölgələri arasında nifaq və dağınıqlıq yaratmaq cəhdləri barədə danışıb.

"Diqqət etməliyik ki, fars şovinizminin son 100 ildə mədəni transformasiya və xalqın kimliyinin və varlığının silinməsi istiqmətindəki əsas vasitələrindən biri şəhərçilik, yerliçilikdir. Azərbaycan şəhərləri və bölgələri arasında qeyri-sağlam rəqabət mühiti yaradaraq anti-Azərbaycan siyasətlərinin həyata keçirilməsinə şərayit yaradır",- Lisani xəbərdarlıq edib.

Abbas Lisani Azərbaycanın milli hərəkatının varlıq fəlsəfəsinin şəhərlər arasındakı fərqləri aradan qaldırmaq və birliyə doğru irəliləmək olduğunu deyib.

O, milli kimlik, tarixi Azərbaycan torpaqları və milli maraqlardan yayınmağın hərəkatın qırmızı xətti olduğunu deyib və bildirib ki, hamı bunların heç bir zaman müzakirə mövzusu olmayacağını bilməlidir.

"Qeyd olunan prinsiplərimizi qorumaq üçün sona qədər mübarizə aparacağıq, lazım gələrsə, mən şəxsən bütün etibar və abırımdan keçib, milli maraqlara xələl gətirməyə çalışan bütün insanlara və çaşdırıcı cərəyanlara qarşı duracağam”,- deyə o vurğulayıb.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar