SON XƏBƏRLƏR

İrandan ələ keçirilən silahlar Ukraynaya verildi

2024.04.10, 09:25
İrandan ələ keçirilən silahlar Ukraynaya verildi

ABŞ İrandan Yəməndəki husilərə yük daşıyan gəmilərin yoxlanılması zamanı ələ keçirdiyi beş mindən çox silahı Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Gunaz.tv

Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Bu silahlara AK-47 avtomatları, pulemyotlar, snayper tüfəngləri və RPQ-7 tank əleyhinə qumbaraatanlar daxildir.

Bundan əvvəl SEPAH tərəfindən müxtəlif vaxtlarda yəmənli husilərə göndərilən bu silah və sursatlar bölgədə yerləşən ABŞ əsgərləri tərəfindən müsadirə edilb.

Ələ keçirilən və Ukraynaya göndərilən silah-sursat yükünə 5000 Kalaşnikov, pulemyot, snayper tüfəngləri və RPQ, həmçinin Yəmənə daşınması nəzərdə tutulan dörd müxtəlif gəmidən aşkar edilmiş 500.000-dən çox güllə daxildir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar