SON XƏBƏRLƏR

KİV: Ermənistan müxalifəti delimitasiya və demarkasiya ilə bağlı referendum keçirilməsini tələb edir

2024.04.10, 11:16
KİV: Ermənistan müxalifəti delimitasiya və demarkasiya ilə bağlı referendum keçirilməsini tələb edir

"Aprelin 9-da Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsi ilə bağlı Ermənistan parlamentinin qapalı iclası kifayət qədər qızğın keçib və xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edib”.

Gunaz.tv

Bunu Ermənistanın "Joqovurd" qəzeti yazıb.

"Baş nazirin müavini Mher Qriqoryan müzakirələrdə daha konstruktiv olub, parlament müxalifətinin yenidən təşəbbüslə çıxış edəcəyi təqdirdə belə bir görüşdə iştirak etməyə hazır olduğunu bildirib. Mirzoyan və Qriqoryanın cavablarından məlum olub ki, reallıqda Ermənistan hakimiyyəti sərhədin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı kartların əsas götürüləcəyi hələ dəqiq bilimir", - nəşr yazır.

"Joqovurd"un xəbərinə görə, parlament müxalifəti bəyan edib ki, 1993-cü il sentyabrın 24-də yaradılmış təmas xətti delimitasiya və demarkasiya üçün əsas götürülməlidir.

"Bundan əlavə, müxalifət bəyan edib ki, heç bir halda heç bir ərazi referendum olmadan Azərbaycana verilməməlidir. Ararat Mirzoyan və Mher Qriqoryanın qaldırılan suallara cavabları qeyri-müəyyən olub", - "Joqovurd" qeyd edir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar