SON XƏBƏRLƏR

“Azərbaycan rəqsi iffətə qarşı deyil”- Təbriz şəhərinin Prokurorluğu

2024.04.11, 11:38
“Azərbaycan rəqsi iffətə qarşı deyil”- Təbriz şəhərinin Prokurorluğu

Azərbaycan rəqsi edərək sosial şəbəkələrdə paylaşan Sana Cəfəriyə qarşı İntizam Qüvvlərinin şikayəti qəbul olunmayıb.

Gunaz.tv

Təbriz şəhəri Prokurorluğunun 2-ci İstintaq Şöbəsinin müstəntiqi Azərbaycan rəqsinin iffətə qarşı olmadığını, əksinə fərəh verici olduğunu deyərək bu barədə təqibin rədd edilməsi qərarı çıxarıb.

Əmin Baxşızadə Təbriz şəhəri İntizam Qüvvlərinin şikayətinə əsasən iş açılaraq toplanmış sübutları tədqiq edərək şikayətin əsassız olduğunu bildirib.

Müstəntiq Baxşızadənin yekun qərarında deyilir: “Azərbaycan rəqsi iffətə qarşı bir hərəkət deyil, əksinə sosial cəmiyyətin qürurverici ənənələrindən biridir”.  

Xatırladaq ki, Təbriz şəhərindən olan xanım Sana Cəfəri Təbriz şəhəri Şairlər Məqbərəsində rəqs edib Azərbaycanın mədəniyyəti və kimliyi ilə bağlı video paylaşımlarına görə İrançı qüvvələrin qəzəbinə tuş gəlib.

Onun İnstaqram səhifəsi Azərbaycana qarşı olan dairələrin şikayəti ilə aprelin 4-ü İranın məhkəmə rəsmiləri tərəfindən bağlanıb və barəsində məhkəməyə "iffətə qarşı hərəkət" ittihamı ilə şikayət təqdim olunmuşdur. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar