SON XƏBƏRLƏR

Səhənd stadionunda Azərbaycan bayrağı qaldırıldı

2024.04.13, 10:35
Səhənd stadionunda Azərbaycan bayrağı qaldırıldı

Aprelin 12-i İran Premyer Liqasının 23-cü həftəsinin oyunları çərçivəsində Təbrizin "Traxtur" komandası ilə İsfahanın "Zob ahən" komandaları qarşılaşıb.

Gunaz.tv

Yerli vaxtla saat 17:00-da Təbrizin Səhənd (Yadiqari imam) istadionunda baş tutan qarşılaşma maraqlı hadisələrlə yadda qalıb.

İlk dəfə futbol yarışını izləmələrinə icazə verilən azərbaycanlı xanımlar stadiona axın edib, "Traxtur" komandasının bayraqlarını daşıyıblar.

Stadiona toplaşan "Traxtur" azarkeşləri azərbaycanlı xanımların idman yarışında iştirakını "Azərbaycan qızları, göylərin ulduzları" şüarları ilə qarşılayıblar.

Bununla yanaşı bundan əvvəlki qarşılaşmada olduğu kimi gənclərin stadionda Azərbaycan Respublikasının bayrağını qaldırmaları alqışlarla və "Yaşasın Azərbaycan" şüarları ilə müşayiət olunub.

Bundan əvvəl həmin stadionda "Traxtur" və İsfahanın "Sepahan" futbol komandaları arasında keçirilən görüşdə Azərbaycan və Türkiyə bayraqlarını qaldıran iki gənc həbs edilib.

Qeyd edək ki, İsfahan komandasının 4-1 qələbəsi ilə başa çatan oyundan sonra xallarının sayını 40-a çatdıran “Traktor” üçüncü pillədə qərarlaşıb. “Zob ahən" isə 30 xalla 8-ci pillədədir.

İranın bir neçə media orqanı, o cümlədən "İrna" xəbər agentliyi "Traxtur"un məğlubiyyətini qeyri-etik formada, ""Traxtur" öz evində  "Zob ahən" tərəfindən alçaldıldı" başlığı ilə yayımlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar