SON XƏBƏRLƏR

Şorabildə ekoloji problem - Balıqlar məhv olur

2024.04.13, 11:46
Şorabildə ekoloji problem - Balıqlar məhv olur

Ərdəbilin Şorabil gölünün çirklənməsi nəticəsində ekoloji problem yaşanır və göldə yaşayan balıqlar, su canlıları məhv olur.

Gunaz.tv

Bu barədə yerli ekofəallar məlumat və fotolar yayıblar.

Gölünün çirklənməsinin səbəbi hələlik dəqiq müəyyən edilməsə də, şəhər kanalizasiyası və sənaye müəssisələrinin çirkab sularının gölün ətrafına axıdılmasının ekoloji problemə yol açdığı ehtimal edilir.

Bir müddət əvvəl yayılan məlumatlarda isə zəhərli sənaye tullantıları və xəstəxanaların tibbi tullantılarının Şorabil gölünə buraxıldığı bildirilib.

Qeyd edək ki, İranda yeganə şəhər daxili təbii göl olan Şorabil Ərdəbil əyalətinin mühüm turizm imkanlarından biridir və təbii irs sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Şəhərin 3 kilometr güneyində, 1 kilometr uzunluğu, 500 metr eni və 180 hektar ümumi sahəsi olan göl dəniz səviyyəsindən 1350 metr yüksəklikdə yerləşir.

Geoloji tədqiqatların nəticələrinə görə Şorabil gölü Urmu gölündən daha qədimdir. Bu göl 2023-cü ilin iyun ayında İran milli əsərlər siyahısına salınıb

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar