SON XƏBƏRLƏR

Terrorçu qrupları dəstəkləyən şəxs Azərbaycanlı şərhçiyə həmlə edib

2024.04.18, 13:54
Terrorçu qrupları dəstəkləyən şəxs Azərbaycanlı şərhçiyə həmlə edib

Futzal şərhçisi “Yaşasın Azərbaycan, Yaşasın Urmu” dediyinə görə kürdlərə mənsub terrorçu qrupların ideyasını daşıyan şəxs tərəfindən soyuq silahla hücuma məruz qalıb.

Gunaz.tv

Güney Azərbaycanın Urmu şəhərinin 3000 nəfərlik Ahəndust adına Futsal Meydançasında aprelin 16-ı keçirilən Ramazan Kuboku futsal yarışlarında urmulu şərhçi Ehsan Mömini bıçaqla həmləyə məruz qalıb. 

Belə ki, kubokun dördə bir yarışları zamanı Urmu şəhərinin 2 komandası yarışarkən azarkeşlərin biri dəstəklədiyi komandanın qapısına qol vurulduğuna görə əsəbləşərək yanında olan termosu meydançaya çırpıb.  

“Bu anda yarış təşkilatçıları məndən sözlərlə azarkeşləri sakitləşdirməyimi istədilər. 

Mən də azarkeşlərə xitabən dedim ki, Azərbaycan milləti və Urmu əhalisnin mədəniyyəti yüksəkdir və belə hərəkətlərlə Azərbaycan və Urmumun abrısını ləkələməzlər. Yaşasın Azərbaycan, Yaşasın Urmu” şərhçi Ehsan bildirib.

Ehsan Mömini açıqlamasının davamında deyib: 

“mənim bu sözlərim yarış azarkeşləri tərəfindən alqışlandı və bu an yarışda növbəti mərhələyə yüksələ bilməmiş komandalardan birinin fotbolçusu mənə həmlə edərək  bıçaqla hədələdi ki, Azərbaycanın adını çəkməməlisən”.

Yarışın şərhini canlı aparan Ehsan həmçinin bildirib:

“həmin şəxs əlimdən mikrofonu almağa cəhd edərkən mikrofonu buraxmadım və onu itələyərək dedim ki, bura Azərbaycandır”.

Xatırladaq ki, İran hakimiyyətinin Güney Azərbaycana, xüsusilə də Qərbi Azərbaycanın ərazisi və Urmuya qarşı İraqdan köçürülmüş mühacirlərin xeyrinə yürütdüyü siyasətləri nəticəsində kürdlərə mənsub terrorçu qrupları dəstəkləyənlərin azğınlığı artıb. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar