SON XƏBƏRLƏR

İsrailin İrana həmləsi nəticəsində neftin qiyməti artıb

2024.04.19, 12:08
İsrailin İrana həmləsi nəticəsində neftin qiyməti artıb

Həmlənin nəticəsi olaraq Asiya qitəsinin birja bazarlarında səhmlərin dəyəri azalıb, qızılın və neftin qiyməti isə artıb. 

Gunaz.tv

ABŞ-ın MSCI Maliyyət Xidmətləri Cəmiyyətinin Asiya birjalarında səhmlərinin dəyəri səhər aperlin 19-u 2.6 faiz düşməklə, həmin bazarlarda Amerika cəmiyyətlərinin toplam səhmləri isə 1.47 faiz dəyərini itirib. 

Həmçinin Yaponiya, Tayvan və Honq-Konq birja bazarlarının maliyyə əmsalları da sıra ilə 2.4, 3.5 və 1.2 faiz enib. 

Beynəlxalq valyutaların da dollar nisbət qiymətləri artmaqla Yaponiya yeni 0.3 faiz, İsveçin frankı 0.6 faizə yüksəlib.

Dünya bazarında qızılın hər unsiyasının qiyməti 1.7 faiz artmaqla 2 min 418 dollara qalxıb, sonra 0.6 faizə miqdarına enib.

Habelə Şimal Dənizinin Berent neftinin qiyməti 4 faiz artıb. Digətr tərəfdən Bitkoyn kriptovalyutasının qiyməti də əvvəlcə 6 faiz enərək sonra bir qədər artıb.  

Tehran şəhəri Birja Bazarında isə bu gün aprelinn 19-u bağlı olub. Valyuta məzənnələrini bildirən internet səhifələri hələ İranın valyuta bazarından məlumat yaymayıblar.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar