SON XƏBƏRLƏR

İraqda İrana bağlı qruplaşmanın bazası vuruldu

2024.04.20, 08:00
İraqda İrana bağlı qruplaşmanın bazası vuruldu

Aprelin 19-u gecə saatlarında İraqın Babil əyalətinin şimalında İrana bağlı Haşd əş-Şəbi qruplaşmasının zirehli bazasına hücum edilib.

Gunaz.tv

Bu barədə məlumat yayan "Əl-Ərəbiyyə" bazanın 5 raketlə vurulduğunu bildirib.

Qquruplaşma özünün "Facebook" hesabında hücumun ABŞ tərəfindən edildiyini yazıb.

"ABŞ tərəfindən Babildəki Kalso hərbi bazasındakı Qalxan, Seraya əl-Cihad və Nuxbaya hava hücumu həyata keçirilib", - deyə bəyanatda vurğulanıb.

Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-in hücumda əli olmadığı barədə açıqlama verib.

Bəzi iraqlı rəsmilər isə hava hücumunun İsrail ordusu tərəfindən həyata keçirildiyini bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar