SON XƏBƏRLƏR

Sərnişin taksi sürücüsünü öldürdü

2024.04.20, 11:42
Sərnişin taksi sürücüsünü öldürdü

İran vətəndaşı olan taksi sərnişini aprelin 18-də kirayə haqqı barədə münaqişə və sürücünün pullarını oğurladığına görə saxlanılıb.

Gunaz.tv

İstanbulun küçələrinin birində piyadalar yaralı bir kişini taksi içərisindən çıxarıblar. Onun öldüyünü gördükdən sonra polisə məlumat verilib. Şəhərin cinayət-axtarış inspektorları hadisə yerinə gələrək qatılı həmin taksi ilə qaçarkən saxlayıblar. 

Müttəhim təhqiqat zamanı iranlı olduğu müəyyən edilib. O, hadisə barədə deyib: 

“təxminən 3 ay öncə iş tapmaq üçün Türkiyəyə gəlmişəm. İranda mühasib işləyirdim. Həmin müddətdə iş tapa bilmədim. 

Qaldığım höteldən çıxıb Almaniyaya getmək üçün vasitəçilərə danışıqlar məqsədi ilə taksi tutub şəhərdə müəyyən yerlərə baş çəkdim. Sonda kirayə haqqı üzrə sürücü ilə sözm çıxdı. 

Təhqirli ifadə işlədiyinə görə üstümdə olan bıçağı çıxarıb ona zərbələr endirdim”

 İranlı müttəhim ifadəsinin davamında etiraf edib ki, pula ehtiyacı olduğundan taksi sürücüsünü talamaq niyyətində olub. 

Saxlanılarkən müttəhimin üstündə plastik qandal, yapışqan lent və qayçı olub. “Onları əşyalarımı bağlamaq üçün hazırlamışdım” müttəhim iddia edib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar