SON XƏBƏRLƏR

Tehranın Əmir Kəbir universitetində tələbələr tətil aksiyası keçirir

2024.04.22, 12:17
Tehranın Əmir Kəbir universitetində tələbələr tətil aksiyası keçirir

Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının tətbiqinin sərtləşdirilməsinə etiraz olaraq dərsləri tətil ediblər.

Gunaz.tv

Bu barədə Tələbələr Birliyinin sosial media hesabındaməlumat verilib.

Bildirilib ki, aprelin 21-dən başlayaraq, kompüter mühəndisliyi, energetika, sənaye, toxuculuq və riyaziyyat fakültələrində dərslər dayandırılıb.

Tətil 200 tələbənin məcburi hicab qaydalarını pozduqları bəhanəsi ilə universitetə buraxılmamasından sonra başlayıb.

Qeyd edək ki, aprelin 13-dən başda Tehran olmaqla İranın bir neçə şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib.

Bu, bir müddət əvvəl isə Əli Xaməneinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı çağırışından sonraya təsadüf edir.

"Biz heç vaxt hicab məsələsində güzəşt etməmişik, hicab bizim əsas prinsiplərimizdən biridir",- Xamənei bildirmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar