SON XƏBƏRLƏR

Traktor çağırış kubokunun 8 komandası sırasında qərarlaşıb

2024.04.27, 11:44
Traktor çağırış kubokunun 8 komandası sırasında qərarlaşıb

Güney Azərbaycanın Traktor Futbol Komandası İsfahanın Zobahən Komandasını məğlub edərək çağırış kubokunun 8 komandası sırasına qalxıb.

Gunaz.tv

Traktor və Zibahən komandaları kobokun səkkizdə bir mərhələsində aprelin 26-ı Təbriz şəhəri Səhənd Stadionunda qarşılaşıblar. Oyun 1-1 nəticəsi ilə sona çatıb. 

Lakin qalibin müəyyənləşməsi məqsədi ilə penaltı zərbələri keçirilib. Nəticə də Traktor 3-1 qollla Zobahəni məğlub edərək  sonuncu 8 komandanın sırasına keçə bilib.

Azarkeşlər qarşılaşma başlamadan Traktorun Zobahənə qarşı əvvəlki yarışında 1-4 hüsabı ilə məğlub olduğuna etiraz olaraq şüarlar səsləndiriblər.  

Azarkeşlər Mansur Əzimiyə qarşı “Mansur Əzimi evin yıxılsın, bais oldun bizim ürək sıxılsın” şüarı səsləndiriblər. video 

Mansur Əzimi Traktorda oyunçu teansferləri üzrə qanunsuz vasitəçi hesab olunur. 

Azarkeşlərin fikrincə Əzimi teransferlərə səbəb olaraq Traktorun Zobahənə qarşı bundan əvvəlki yarışında zəyif nəticə göstərməsinə səbəb olub. 

Görüş zamanı Traktor azarkeşlərindən 2 nəfəri yarış stresi olaraq əsəb keçirib və huşlarını itirməklə TT Yardım mərkəzinə çatdırılıblar. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar