SON XƏBƏRLƏR

Körfəz ölkələri İrana qarşı birləşir

2024.04.29, 16:31
Körfəz ölkələri İrana qarşı birləşir

ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi İran qarşı Körfəz ölkələri arasında daha sıx müdafiə inteqrasiyasına çağırıb.

Gunaz.tv

Blinken, HƏMAS-ın İsrailə 7 oktyabr hücumlarından sonra Yaxın Şərqə yeddinci səfərinə başladı. Bu, Blinkenin İsrail və İran arasında uzun müddətli kölgə müharibəsinin açıq müstəviyə çıxmasından sonra regiona ilk səfəridir. Qeyd edək ki, İran rejiminin İsrail ərazisindəki hərbi obyektlərə raketlər və silahlı pilotsuz təyyarələr vasitəsilə zərbələr endirməsiz bu gərginləşməni açıq müstəviyə çıxartdı.

Blinken Ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının nazirləri ilə görüşündə bu fikirləri səsləndirib: "Bu hücum İrandan gələn kəskin və artan təhlükəni, eyni zamanda inteqrasiya olunmuş müdafiə sistemi üzərində birgə işləməyimizin vacibliyini vurğulayır".

Blinken bildirib ki, Birləşmiş Ştatlar önümüzdəki həftələrdə altı dövlət ilə hava və raketdən müdafiə sistemlərinin inteqrasiyası və dəniz təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı danışıqlar aparacaq.

Blinken əlavə edib ki, bölgənin gələcəyi ilə bağlı 2 seçimi var. “İlk seçim bölünmə, dağıntı, zorakılıq və daimi qeyri-sabitliklə dolu seçimidir. Digər seçim isə Birləşmiş Ştatlarla birgə əməkdaşlıq. Körfəz ölkələri Birləşmiş Ştatlarla birgə əməkdaşlıq edərək "daha böyük inteqrasiya" və "daha böyük sülh" yolunu seçdilər”.

 

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar