SON XƏBƏRLƏR

"Traxtur" klubu yenidən cərimələndi

2024.05.01, 10:20
"Traxtur" klubu yenidən cərimələndi

İran Futbol Federasiyası Təbrizin “Traxtur” klubunu növbəti dəfə cəzalandırıb və 200 milyon tümən cərimə cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Premyer Liqanın 23-cü həftəsində “Traxtur” və İsfahanın “Zob ahən” komandaları arasında Təbrizdə keçirilən görüşdə azərbaycanlı tamaşaçılar stadionda idmana aidiyyəti olmayan şüarlar səsləndirib, meydana yad cisimlər atıblar.

Xatırladaq ki, qeyd olunan görüşdə azərbaycanlı azarkeşlər "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!", "Azərbaycan var olsun, istəməyən kor olsun!" və başqa bu kimi ənənəvi milli şüarlar səsləndiriblər.

İran Futbol Fedetasiyası Azərbaycan dilində səsləndirilən şüarları qeyri-etik hesab edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar