SON XƏBƏRLƏR

Blinken Həmas tərəfindən əsir götürülənlərin ailələri ilə görüşdü

2024.05.01, 15:34
Blinken Həmas tərəfindən əsir götürülənlərin ailələri ilə görüşdü

Dövlət katibi Antoni Blinken çərşənbə günü İsrailə səfər edərək yüksək səviyyəli liderlər ilə görüşüb. Eyni zamanda Antoni Blinken Qəzzada saxlanılan girovların ailələri ilə də görüş keçirib.

Gunaz.tv

Netanyahunun ofisindən verilən məlumata görə, Blinken Qüdsdə İsrailin baş naziri Binyamin Netanyahu ilə gün ərzində keçirilməsi planlaşdırılan geniştərkibli görüşdən əvvəl tet-a-tet görüşüb.

Blinken İsrail prezidenti İsaak Hersoqla görüşündən əvvəl Həmas-ı girovların azad edilməsi müqabilində Qəzzada atəşkəs təklifini qəbul etməyə çağırıb və mühasirədə olan Zolaqdakı humanitar böhrandan narahatlığını bildirib.

Həmçinin çərşənbə günü Blinken Təl-Əvivdəki otelində Həmas tərəfindən saxlanılan girovların ailələri ilə təkbətək görüşdü və sonra otelin qarşısında onların azad edilməsində ABŞ-dan kömək istəməyə çağıran nümayişçilərlə qısa söhbəti oldu.

“Onlarla paylaşdığım fikirləri sizinlə də paylaşmaq istəyirəm: Bizim bütün məqsədimiz sevdiklərinizi evə gətirməkdən ibarətdir. Kişi, qadın, əsgər, mülki, gənc, qoca bir sözlə ən son aəsir evə qayıdana qədər dincəlməyəcəyik.” – Blinken əlavə etdi.

 

 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar