SON XƏBƏRLƏR

Xaməneinin nümayndəsi amerikalı qadınlara görə narahatdır- İntihar sayı artıb

2024.05.04, 15:15
Xaməneinin nümayndəsi amerikalı qadınlara görə narahatdır- İntihar sayı artıb

İran rəhbəri Əli Xaməneinin Xuzistan əyalətindəki nümayəndəsi və Əhvaz şəhərinin cümə imamı Əbdülnəbi Musəvifərd qızlara uşaqlıq vaxtından hicab barədə təlim keçməyi tələb edib.

Gunaz.tv

O, bu barədə cümə namazındakı çıxışında deyib.

Musəvifərd, hicabın qadınların təhlükəsizliyi üçün vacib olduğunu deyərək, Qərbdə hicabsızlığa görə qadınların əziyyət çəkdiklərini iddia edib.

"Hər gün Qərbdə qadınlara qarşı zülmün artdığının şahidi oluruq, hazırda Amerikada intihar edən qadınların sayı 50 fazi artıb",- cümə imamı deyib.

Musəvifərd amerikalı qadınlara qarşı zülümdən və onların buna dözməyərək intihara əl atdıqlarına görə narahatlıq keçirdiyini bildirib.

İranlı qadın sosial media istifadəçiləri Xaməneinin nümayəndəsinin narahatlığına görə ona təsəlli paylaşımları ediblər.

"Hörmətli Musəvifərd, buna görə narahat olmayın, hətta sizdən bizi də amerikalı qadınların gününə salmağınızı xahiş edirik",- paylaşımlarda cümə imamından istənilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar