SON XƏBƏRLƏR

İcmalar Palatası SEPAH-ın terrorist təkilat kimi tanınmasını qərara alıb

2024.05.09, 12:49
İcmalar Palatası SEPAH-ın terrorist təkilat kimi tanınmasını qərara alıb

Kanadanın İcmalar Palatası SEPAH-ın terrorist təkilat kimi tanınmasını və ölkənin Xarici Terrorist Təşkilatlar Siyahsına daxil edilməsi barədə layihəni qərara alıb.

Gunaz.tv

Layihə İcmalar Palatasının Məhkəmə İşləri Komitəsi tərəfindən təqdim olunaraq 327 lehinə mütləq səs çoxluğu ilə və əleyhinə səs olmadan Mayın 8-də ratifikasiya edilib.

İcmalar Palatasının qərarına əsasən SEPAH-ın ümumi şəkildə xarici terrorist təşkilat kimi tanınması Kanada dövlətindən tələb olunur.

Xatırladaq ki, bundan əvvəl 2018-ci ildə  Kanada qanunvericiləri SEPAH-ın terrorist təkilat kimi tanınmasını qərara almışdır. Lakin baş nazir Castin Trüdo iqtidarı onu icraya yönəltməyib.

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar