SON XƏBƏRLƏR

Türkmən etniklərin tərkibini dəyişmə siyasəti davam etdirilir

2024.05.11, 12:33
Türkmən etniklərin tərkibini dəyişmə siyasəti davam etdirilir

İranın dini-şovinist rejimi etnik xalqların yaşadıqları bölgələrinin tərkibini dəyişdirmə siyasətini davam etdirir.

Gunaz.tv

İran krallığı vaxtında Pəhləvilər hakimiyyətinin Türkmən etniklərin tərkibini dəyişmə siyasəti bu gün də İran İslam Respublikası tərəfindən həyata keçirilir.

Pəhləvilər İranın cənub-şərqində Zabul bölgəsində yaşayan və özlərini “zabullu” adlandıran etnikləri quraqlıq bəhanəsi ilə ölkənin şimalında hazırkı Türkmənistanla sərhəddi olan Türkmən Səhraya yerləşdirmişdir.

İran İslam Respublikası da sələflərinin siyasətinə sadiq qalaraq bu planı davam etdirir və şiələri bölgəyə gətirməklə sünni türkmənlərin bölgəsinin etnik tərkibini dəyişdirməyə cəhd edir. 

Hazırki hakimiyyət mikrorayonların salınması ilə rejimə bağlı zabulluları Türkmən Səhrada yerləşdirir.

Rejimin bu istiqamətdə siyasətinin davam etdirən ölkənin rəsmi 3-cü televiziya kanalı da zabulluları yerli etnik qrup kimi qələmə verməyə çalışır. 

Xatırladaq ki, İran İslam Respublikası etniklərə mənsub coğrafi adları dəyişdirmək məqsədi ilə Türkmən Səhraın adını indiki Gülüstan Əyalətinə dəyişdirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar