SON XƏBƏRLƏR

Buşəhrdə hicaba görə iş yerləri bağlandı

2024.05.11, 12:49
Buşəhrdə hicaba görə iş yerləri bağlandı

Məcburi hicab qaydalarının sərtləşdirilməsini nəzərdə tutan "Nur" layihəsinin tətbiqi çərçivəsində daha bir neçə iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, Buşəhr əyalətində məcburi hicab qaydalarının pozulması bəhanəsi ilə 3 kafe və bir idman klubunun fəaliyyəti qadağan edilib.

Qeyd edək ki, aprelin 13-dən İranın əksər şəhərində məcburi hicab qaydaları ilə bağlı tədbirlər gücləndirilib.

Bu, vətəndaşlarla hökumət məmurları arasında qarşıdurmalara və onlarla şəxsin həbs edilməsinə səbəb olub.

Qaydaların daha da sərtləşdirilməsi isə bir müddət öncə Əli Xaməneinin məcburi hicab qaydalarının tətbiqi ilə bağlı çağırışından sonraya təsadüf edir.

"Biz heç vaxt hicab məsələsində güzəşt etməmişik, hicab bizim əsas prinsiplərimizdən biridir",- deyə Xamənei bildirmişdi.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar