SON XƏBƏRLƏR

“PKK İraqın Türkmən Cəbhəsinə bir hədədir” cəbhənin sədri

2024.05.13, 15:02
“PKK İraqın Türkmən Cəbhəsinə bir hədədir” cəbhənin sədri

İraqın Türkmən Cəbhəsinin sədri Həsən Turan Bağdaddan PKK terorist qrupuna qarşı hərəkətə keçməsini tələb edib.

Gunaz.tv

Həsən Turan türkmən vəzifəlilərinin həmin təşkilat tərəfindən öldürüləcəkləri barədə İraq dövlətinin təhlükəsizlik xidmətindən xəbərdarlıq aldığını bildirib.

Turan bundan əvvəl də xəbərdarlıqlar aldıqlarını deyərək İraqın Türkmən Cəbhəsi Təhlükəsizlik İdarəsinin sədri Əhməd Tahirin və sonra Türkmən tayfasının rəhbəri Hüseyn Alvəsin martın 31-də terror aktı ilə  PKK tərəfindən öldürüldüyün vurğulayıb.

Həsən Turan PKK-nın İraqda fəaliyyətinə qadağa qoyulmuş bir təşkilat olduğunu deyərək təşkilatın Bağdad tərəfindən terrorist tanınmasını tələb edib.

“Dövlət PKK terrorist təşkilatının varlığına son qoymalı, Süleymaniyyə, Kərkük və Küfrada ofislərini bağlamalıdır” İraqın Türkmən Cəbhəsinin sədri Həsən Turan

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar