SON XƏBƏRLƏR

İranın keçmiş kənd təsərrüfatı naziri həbs cəzasına məhkum edildi

2024.05.15, 14:36
İranın keçmiş kənd təsərrüfatı naziri həbs cəzasına məhkum edildi

İbrahim Rəisi hökumətinin keçmiş kənd təsərrüfatı naziri Cavad Sadatinejad barədə 3 il azadlıqdan məhrum etmə qərarı çıxarılıb.

Gunaz.tv

Bu barədə İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei məlumat verib.

O, həmçinin keçmiş nazirin müavinləri və nazirliyin yüksək rütbəli 7 məmuru barədə də cinayət işinin açıldığını bildirib.

Qeyri-rəsmi məlumatlara görə, nazir və nazirlik əməkdaşları lorrupsiyada günahlandırılırlar.

Qeyd edək ki, Beynəlxalq Şəffaflıq Təşkilatının yaydığı hesabata əsasən İran ən çox korrupsiyaya uğramış ölkələr arasındadır.

Hesabata görə, dünyanın 180 ölkəsi arasında korrupsiyaya görə İran 25 balla 147-ci yerdədir və dünyanın ən korrupsiyalaşmış ölkələrindən biri hesab olunur.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar