SON XƏBƏRLƏR

Neftayırma zavodunun işçiləri aksiya keçirir

2024.05.16, 12:29
Neftayırma zavodunun işçiləri aksiya keçirir

Təbriz şəhəri Neftayırma Zavodu Cəmiyyətinin İstehsal Şöbəsi işçilərinin aksiyası 16-cı günə daxil olub.

Gunaz.tv

Sayları 600 nəfərdən artıq aksiyaçılar müavinətlərin ayırılmadığına və digər çatışmayan hallara etirazlarını bildirmək məqsədi ilə Zavodda yeməkdən imtina edərək müdirriyyətdən onları dinləmələrini tələb edirlər.

Aksiyaçılardan biri bu barədə deyib: “16 gündür ki, Cəmiyyətdə yemək yeməkdən imtina edirik. Məqsədimiz yubanmış ödənişləri, məişət haqqının və müavinətlərin ödənilməməsinə etiraz etməkdir”.

Həmin şəxs açıqlamasının davamında deyib: “cəmiyyətin icraçı direktorunun konstruktiv olmayan qərarlarına etirazımızı bildirmişik. 

Lakin onun bizi eşidən qulağı yoxdur və 2 həftədir ki, Cəmiyyətə gəlmir”. 

Bu barədə məlumata istinadən Şərqi Azərbaycan Əyalətinin valisi tərəfindən müfəttişlər Zavoda baxış keçirərək həmin işçilərin etirazlarını dinləyiblər. 

Lakin aksiyaçıların istəkləri barədə hələ müsbət nətyicə əldə olunmayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar