SON XƏBƏRLƏR

Kəraçidə İrana bağlı terrorçular həbs edilib

2024.05.17, 11:00
Kəraçidə İrana bağlı terrorçular həbs edilib

Mayın 16-da Pakistan Sind əyalətinin Kəraçi şəhərində İrana bağlı "Zeynəbiyyun" terror təşkilatının Vuqar Abbas və Hüseyn Əkbər adlı iki silahlısı həbs edilib.

Gunaz.tv

Bu barədə Polisinin Terrorla Mübarizə İdarəsinin rəisi Asəf Ecaz Şeyx məlumat verib.

"Hər iki müttəhim İranda təlim keçib və İranın kəşfiyyat orqanlarının göstərişi ilə Kəraçidə din alimləri və müxalif dini qrupun üzvlərini hədəf alıb",- o bildirib.

Polisinin Terrorla Mübarizə İdarəsinin rəisi həbs edilən şəxslərin ötən ilin sentyabr ayından cari ilin 21 fervralına kimi Kəraçidə 17 din xadimini öldürüb və 11-i yaraladıqlarını deyib.

Pakistanın polis rəsmilərinin bildirdiyinə görə, Kəraçidə İranın dəstəklədiyi “Zeynəbiyyun” silahlı qruplaşmasının 23 üzvünün adı müəyyən edilib və onların tutulması üçün tədbirlər görülür.

Qeyd edək ki, pakistanlı radikal şiələrdən ibarət olan  "Zeynəbiyyun" qruplaşmasıİran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən yaradılıb.

Bir müddət əvvəl İslamabad İrana bağlı radikal şiyələrdən ibarət silahlı "Zeynəbiyyun" qruplaşmasını terrorçu təşkilatı elan edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar