SON XƏBƏRLƏR

Azərbaycan və İran Prezidentlərinin görüşü olub

2024.05.19, 13:26
Azərbaycan və İran Prezidentlərinin görüşü olub

Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.

Gunaz.tv

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

İki ölkə prezidentinin iştirakı iləAraz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının başçısı İlham Əliyev İran-Azərbaycan əlaqələrinin bölgədə sabitliyin önəmli şərti olduğunu deyib.

 "Xalqlarımızın birgə uğuru təbii ki, dostlarımızı sevindirir, bunu bəyənməyənlər isə hesab edirəm ki, öz işləri ilə məşğul olsalar daha yaxşı olar. Əsas odur ki, İran və Azərbaycan dövlətləri bu gün çox güclü birgə siyasi iradə göstərirlər, öz xalqlarına və bütün dünyaya açıq bəyan edirlər ki, biz birlikdəyik və bundan sonra da birlikdə olacağıq", - dövlət başçısı bildirib.

Qeyd edək ki, Xudafərin və Qız Qalası bəndlərinin və elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və birgə istismarına dair birgə əməkdaşlıq sazişi təxminən 9 il əvvəl imzalanıb və bu gün açılışı olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar