SON XƏBƏRLƏR

SEPAH və sərhəd qüvvələri Arazın cənubunu nəzarətə götürdü

2024.05.19, 21:16
SEPAH və sərhəd qüvvələri Arazın cənubunu nəzarətə götürdü

İbrahim Rəisini daşıyan helikopterin axtarışlarının davam etməsi ilə eyni vaxtda SEPAH və sərhədçilər Araz çayının cənub bölgəsini nəzarətə götürüb, geduş-gəlişi dayandırıblar.

Gunaz.tv

Bu barədə yerli mənbələr məlumat yayıb.

Bildirilib ki, bölgəyə tanış olan yerli əhalinin bələdçilik etmək barədə təklifləri rədd edilib.

"Qəza yeri haqqında tam məlumatı olan yerli sakinlərin iştirakı olmadan xilasetmə əməliyyatının uğurlu olması ehtimalı çox aşağıdır",- məlumatda bildirilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və XİN rəhbəri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Xilasedicilər hələ də qəza yerini tapmayıblar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar