SON XƏBƏRLƏR

Rəisinin ölümünə görə 35 sosial media fəalı həbs edildi

2024.05.22, 10:39
Rəisinin ölümünə görə 35 sosial media fəalı həbs edildi

Mayın 19-da İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı paylaşımlar edən 35 sosial media fəalı həbs edilib.

Gunaz.tv

Bu barədə İran Polis Komandanlığının Kiberməkana Nəzarət Polisinin rəisi Vəhid Məcid deyib.

"Helikopter qəzasının qurbanları ilə bağlı kimsənin material dərc etməməsi üçün kiberməkanı ciddi şəkildə izləyirik",- deyə o bildirib.

Polis rəisi, bununla yanaşı İbrahim Rəisi ilə bağlı təhqiramiz material dərc etdiyinə görə, 80 sosial media kanalının bağlandığını və onların adminlərinə qarşı cinayət işi açıldığını söyləyib.

Qeyd edək ki, üç gün əvvəlan İran Polis Komandanlığı media və sosial media fəallarına xəbərdarlıq müraciəti yayıb.

Xəbərdarlıq müraciətində İbrahim Rəisinin helikopterinin qəzaya uğraması və helikopterdəkilərin həlak olmasıilə bağlı məlumatların dərcində diqqətli olmağa çağırılıb.

Bildirilib ki, yalnız rəsmi dövlət qurumları və mediasının yaydığı məlumatlara istinad edilməlidir.

Müraciətdə bundan qırağa çıxanlar cəzalandırılacaqları ilə təhdid ediliblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar