SON XƏBƏRLƏR

İran mediası yenidən təhrifə yol verib - "Türk" sözünü "Azəri" sözü ilə dəyişdirilib

2024.05.22, 12:53
İran mediası yenidən təhrifə yol verib - "Türk" sözünü "Azəri" sözü ilə dəyişdirilib

SEPAH-a bağlı "Təsnim" xəbər agentliyi helikopter qəzası qurbanları ilə bağlı yaydığı məlumatda yenidən azərbaycanlıların milli kimliyi ilə bağlı təhrifə yol verib.

Gunaz.tv

Bu, azərbaycanlı sosial media istifadəçiləri tərəfindən geniş müzakirə olunur.

Belə ki, "Təsnim" xəbər agentliyi azərbaycanlıların vida mərasimində fəal iştirak etdiklərini iddia edən "Türklər müəkəmməl iş görüdülər" başlıqlı yazı dərc edib.

Qısa müddət sonra agentlik başlığı dəyişərək "Azərilər mükəmməl iş gördülər" yazıb və türk sözünü "azəri" ilə dəyişib.

 Rəsmi dövlət agentliyinin azərbaycanlıların milli kimliyi ilə bağlı təhrifi güneyli internet istifadəçiləri tərəfindən qəzəblə qarşılanıb.

Onlar bunu hakimiyyətin bütün vasitələr və məsələlərdən istifadə edərək azərbaycanlıların milli kimliyinə qarşı qərəzli siyasətlərini davam etdirdiyini yazıblar.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar