SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı Rəisi ilə bağlı bəyanat yaydı

2024.05.23, 14:14
Beynəlxalq Əfv Təşkilatı Rəisi ilə bağlı bəyanat yaydı

İranda geniş insan haqları pozuntusu İbrahim Rəisinin mirasıdır və ölümü onun dövründə baş verən hüquq pozuntularının dəyərləndirilməsi, iran xalqlarının ədalətin bərpası üçün səylərini kölgəyə salmamalıdır.

Gunaz.tv

Bu barədə Beynəlxalq Əf Təşkilatının İranın keçmiş prezidentinin həlak olması ilə bağlı yaydığı bəyanatda deyilib.

Bəyanatda bildirilib ki, İbrahim Rəisinin 20 yaşında, 1980-ci ildən başlayaraq məhkəmə və icra iyerarxiyasında sürətli irəliləyişi onun son 44 ildəki repressiyalarda bilavasitə rolun ilə əlaqəlidir.

Beynəlxalq təşkilat İbrahim Rəisinin 1981 və 1988-ci illərdə siyasi məhbusların kütləvi edamındakı roluna toxunub və son dövrlərdə məcburi hicab qaydalarına etiraz edən qadın və qızlara qarşı repressiyalardakı əməyinə diqqət çəkib.

"Rəisinin ölümü repressiya qurbanları, onların ailələrini həqiqətə çatmaq və onun cinayətlərində şərik olan bütün şəxslərin mühakiməsi və cəzalandırılmasına nail olmaqdan məhrum etməməlidir",- bəyanatda yazılıb.

Beynəlxalq Əfv Təşkilatının nümayəndəsi Diana Əl Tahavi deyib ki, "Beynəlxalq ictimaiyyət "İbrahim Rəisi və İslam Respublikasının digər rəsmiləri tərəfindən törədilən beynəlxalq cinayətlərin və insan haqlarının ciddi şəkildə pozulmasının qurbanlarına cavab vermək üçün bir yol tapmalıdır"" 

Xatırladaq ki, 1988-ci ilin yayında Tehranın Evin, Kərəcin Qohərdəşt həbsxanalarında, Məşhəd, Şiraz, Əhvaz, Təbriz və başqa şəhərlərindəki zindanlarda Ruhullah Xomeyninin birbaşa göstərişi ilə  minlərlə siyasi məhbus edam edilib. 

Edamların həyata keçirilməsinə 4 nəfərdən ibarət "ölüm heyəti" adlanan qrup nəzarət edib.

Mayın 19-da helikopter qəzasında həlak olan İbrahim Rəisi “ölüm heyəti”nin üzvü kimi bu edamlarda xüsusi rol oynayıb.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar