SON XƏBƏRLƏR

SEPAH təxribatlara hazırlaşır?- Terror qruplaşmaları bir araya gəldi

2024.05.23, 15:36
SEPAH təxribatlara hazırlaşır?- Terror qruplaşmaları bir araya gəldi

Bu gün səhər saatlarında SEPAH helikopter qəzasında həlak olan İbrahim Rəisinin dəfn mərasiminə gələn terror qruplaşmalarının başçıları ilə görüş keçirib.

Gunaz.tv

Bu barədə "Fars" xəbər agenrtliyi məlumat yayıb.

Görüşdə SEPAH-ın baş komandiri Hüseyn Salami, SEPAH-ın "Qüds" qüvvələrinin komandiri İsmayıl Qaani, HƏMAS, İslami Cihad, Fələstinin Xalq Qurtuluş Cəbhəsi, Livan Hizbullahı, husilər və İraqda İrana bağlı silahlı terror qruplaşmalarının nümayəndələri iştirak edib.

Görüş iştirakçılarının bölgədə baş verən son hadisələr barədə müzakirələr aparıldıları deyilsə də, görüşün təfərrüatı barədə açıqlama verilməyib.

İrana bağlı əksər terror təşkilatlarının nümayəndələrinin bir araya gəlməsi Tehran rejiminin yeni təxribatlara hazırlaşdığı barədə ehtimalların güclənməsinə yol açıb.

Bildirilir ki, İsrail və onun müttəfiqləri ilə bir başa müharibəyə girməkdən qorxan Tehran hakimiyyəti proksi qüvvələrinin əli ilə gərginlik yaratmağa çalışır.

GünazTV 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar