SON XƏBƏRLƏR

Urmuda evlər su altında qaldı

2024.05.25, 13:55
Urmuda evlər su altında qaldı

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində güclü yağıntılardan sonra evlər və yollar su altında qalıb.

Gunaz.tv

Bu abrədə şəhər bələdiyyəsi məlumat yayıb.

Bildirilib ki, qısa müddət ərzində 17 mm-dən çox yağıntı şəhərdə fəsadlar törədib, yüzlər ev su altında qalıb.

Bələdiyyənin yaydığı məlumatda sel suları ilə yanaşı kanalizasiya sularının da daşdığı və bu səbəbdən nəqliyyatın hərəkətində ciddi problemlər yarandığı deyilib.

Rəsmi dövlət mediası 48 evin su altında qaldığını və xəsarət aldığını iddia etsə də, sakinlər xəsarət alan evlərin minlərlə olduğunu deyirlər.

Əhali bələdiyyə və başqa əlaqədar dövlət qurumlarının fəaliyyətsizliyini tənqid edib, şəhər infrastrkturunun bərbad olmasından gileyləniblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar