SON XƏBƏRLƏR

YouTube İran Xarici İşlər Nazirliyinin hesabını bağladı

2024.05.28, 15:01
YouTube İran Xarici İşlər Nazirliyinin hesabını bağladı

İslam Respublikası Xarici İşlər Nazirliyinin “Youtube” hesabı ingilis dilində “Fələstin üçün yeganə seçim olan müqavimət” başlıqlı videonun dərcindən bir müddət sonra silinib.

Gunaz.tv

Bu barədə İranın yerli mətbuatı məlumat yayıb.

Məlumata görə, videoda “İsrailin cəzalandırılması” barədə çağırışı edilib.

Xarici medianın yaydığı məlumatda İran Xarici İşlər Nazirliyinin sosial mediadan istifadə qaydalarını pozduğuna görə Youtube səhifəsinin bağlandığı bildirilib.

Qeyd edilib ki, İran XİN-i zorakılıq, şiddət və terrora çağırış paylaşımlarına görə cəzalandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar