SON XƏBƏRLƏR

İrana bağlı media fəalı Fransadan deportasiya edilir

2024.06.08, 12:52
İrana bağlı media fəalı Fransadan deportasiya edilir

İran Radio və Televizyasının musiqi redaksiyasının keçmiş rəhbəri Bəşir Biazar Fransadan deportasiya ediləcək.

Gunaz.tv

Bu barədə xarici media Fransa mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, Fransa polisinin bir neçə gün əvvəl həbs etdiyi Biazarın deportasiyası üçün iş aparılır.

Bəşir Biazar həyat yoldaşı və övladı ilə birlikdə 2022-ci ildən uzun müddətli oturum vizası ilə Fransada yaşayır.

Fransa polisi onun həbs səbəbi barədə açıqlama verməsə də, Biazarın sosial mediada İsrail əleyhinə çağırışlar etdiyinə görə saxlanıldığı ehtimal olunur.

Qeyd edək ki, Bəşir Biazar media və sosial mediadakı paylaşımlarında İsrail və yəhudilərə qarşı zorakılıqlara çağırışlar edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar