SON XƏBƏRLƏR

Universitetdə fars dili oxuyanlara ayda 5 milyon tümən təqaüd veriləcək

2024.06.17, 11:49
Universitetdə fars dili oxuyanlara ayda 5 milyon tümən təqaüd veriləcək

Qəbul imtahanlarnda yüksək bal toplayan 5% arasında olan abituriyentlərə Universitetdə fars dili və ədəbiyyatı oxuyacaqları təqdirdə ayda 5 milyon tümən təqaüd veriləcək.

Gunaz.tv

Bu sözləri İranın Tələbə İşləri Təşkilatının rəhbəri və elm nazirinin müavini Haşım Dadaşpur deyib.

Nazir müavininin bu çıxışı qeyri-fars tələbələrin narazılığı ilə qarşılanıb.

Onlar Ölkədə yaşayan xalqların hamısından vergi alındığı halda, yalnız fars dili və ədəbiyyatının inkişafına əhəmiyyət verilməsindən nahatalıqlarını bildirib, bunu ayrı-seçkiliyin növbəti nümunəsi adlandırıblar.

Qeyd edək ki, İran Konstitusiyanın 15-ci maddəsi fars dili ilə yanaşı digər yerli dillərin məktəblərdə tədrisinə təkid etsə də, 45 il ərzində Azərbaycan türkcəsinin tədrisi ilə bağlı heç bir iş görülməyib. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar