SON XƏBƏRLƏR

Tehranda həbs edilən daha 3 milli fəalın kimliyi məlum oldu

2024.06.20, 09:30
Tehranda həbs edilən daha 3 milli fəalın kimliyi məlum oldu

Tehran şəhərində həbs olunan daha 3 milli fəalın kimliyi məlum olub.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, may ayının ikinci yarısında Məhəmməd Əbdi İskanlu, Hüseyn Bərmah və Ümid Şahi saxlanılıblar.

Ümid Şahi bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti sərbəst buraxılıb, başqa iki məhbus isə iyunun 19-da Evin həbsxanasının 4-cü bölməsinə köçürülüb.

Onlara qarşı "hakimiyyət əleyhinə təbliğat" və "qanunsuz qruplara üzv olmaq" ittihamları irəli sürülüb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar