SON XƏBƏRLƏR

Mazandaranda sel - Vətəndaşlar etiraza qalxdı

2024.06.26, 15:39
Mazandaranda sel - Vətəndaşlar etiraza qalxdı

Mazandaran əyalətinin Savadkuh rayonunda sel və daşqın fəsadlar törədib.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Daşqınlar nəticəsində 15 yaşlı qız, 45 yaşlı qadın və daha 3 nəfər itkin düşüb, 24 nəfər yaralanıb.

Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilib.

Mazandaranlılar hökumət qurumlarının xilasetmə işlərini gecikdirdiyini, 21 kəndin əhalisinin ağır vəziyyətdə qaldığını deyiblər.

Sosial mediada yayılan məlumatlarda yerli sakinlərin xilasetmə işlərini yerinə yetirdikləri, zərər çəkənlərə yardım etdiklərini əks etdirən məlumat və videolar yayılıb.

İtkin düşənlərin axtarışları nəticə verməyib, onların həlak olduğu ehtimal edilir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar