SON XƏBƏRLƏR

Məhbus fəala qarşı daha bir cinayət işi açıldı

2024.07.04, 16:20
Məhbus fəala qarşı daha bir cinayət işi açıldı

Hazırda Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı hüquqşünas və milli fəal Tahir Nəqəviyə qarşı daha bir cinayət işi açlıb.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, o "həbsxanada ümumi intizamı pozmaq və həbsxana rəhbərliyini təhqir etmək"də günahlandırılıb.

Yeni cinayət işi həbsxana rəhbərliyinin şikayəti əsasında açılıb.

Qeyd edək ki, təhlükəsizlik məmurları Tahir Nəqəvini fevralın 6-da Kərəc şəhərində həbs ediblər.

O, "hökumətə qarşı təbliğat" və "milli təhlükəsizliyə zərbə vurmaq üçün toplaşmaq və əlbir olmaq"da günahlandırılıb.

Nəqəvi təhlükəsizlik qüvvələri və məhkəmənin qanunsuz əməllərinə etiraz edən Tahir Nəqəvi iyun ayının 13-dən aclıq aksiyasına əl atıb.

Buna görə həbsxana nəzarətçiləri onu döyüb və təkadamlıq kameraya salmışdılar.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar