SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlıə alimə görə İrana müraciət etdi

2024.07.09, 13:53
Beynəlxalq Əfv Təşkilatı azərbaycanlıə alimə görə İrana müraciət etdi

Beynəlxalq Əfv Təşkilatı hazırda Evin həbsxanasında saxlanılan İran-İsveç vətəndaşı Əhmədrza Cəlali ilə bağlı İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeiyə müraciət edib.

Gunaz.tv

Müraciətdə alimin həbsi, mühakiməsi və barəsində çıxarılan edam hökmünün ədalətsiz olduğu bildirilib, Tehran hökumətindən onun müalicəsi, işgəncə edilməməsi və dərhal sərbəst buraxılması istənilib.

Beynəlxalq təşkilat İsveç vətəndaşına da müraciət edərək Əhmədrza Cəlalinin sərbəst buraxılması üçün səylərini artırmağı tövsiyə edib.

Qeyd edək ki, azərbaycanlı alim 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.

2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi onu "İsrailə casusluq" ittihamına görə edama məhkum edib və qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.

Əhmədrza Cəlali iyunun 15-də İran və İsveç arasında baş tutan məhbus mübadiləsində adının siyahıya salınmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar